
Qubaya gedib gələn koronavirus xəstələri saxlanıldı
Qubada yaşadıqları evi qanunsuz olaraq tərk edən koronavirus xəstələri aşkarlanıb.
DİN mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində qurulmuş karantin postunda xidmət aparan zaman yaşadığı evi qanunsuz olaraq tərk edən koronavirus xəstəsi aşkarlayıblar. Araşdırmalarla həmin şəxsin rayonun Amsar kənd sakini S.üleyman Mütəllimov olduğu müəyyən edilib.
Onun koronavirus testinin nəticəsi pozitiv olduğuna görə, ev şəraitində müalicə təyin edilsə də, ancaq S.Mütəllimov qaydaları pozaraq Qusar rayonuna getmək istəyib.
Dərhal həmin əraziyə həkim briqadası dəvət edilib və təcili tibbi yardım avtomobili ilə S.Mütəllimov yaşadığı ünvana geri qaytarılıb.
Gün ərzində şöbə əməkdaşları karantin postunda xidmət aparan zaman yaşadığı evi qanunsuz olaraq tərk edən daha iki şəxsi də aşkarlayıblar. COVID-19 infeksiyasına yoluxduğunu bilərək özünütəcrid qaydalarına riayət etməyən Şabran rayon sakini İlyas İsaqov və Bakı şəhər sakini Gülnaz Bağırova Quba rayonuna daxil olmaq istəyəndə saxlanılıblar.
Hər iki şəxs təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.
Qeyd edilən faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar aparılır.
edsdsds.jpg)
Mehman Nəbiyev
Oxşar yazılar

Xoruzlu kəndində çayxana icarədarı cəzalandırıldı
23 yanvar 2021 , 16:20
Mərkəz direktoru barəsində cinayət işi başlandı
23 yanvar 2021 , 15:11
Dəmir alətlə qadının başına vurub qətlə yetirdi - RƏSMİ
23 yanvar 2021 , 14:16
İki evdən 14 min manatlıq OĞURLUQ
23 yanvar 2021 , 13:40
Yeniyetmə özündən 40 yaş böyük qonşusunu BOĞARAQ ÖLDÜRDÜ
23 yanvar 2021 , 13:20
İstefa verən bələdiyyə sədrilə bağlı YENİ TƏYİNAT
23 yanvar 2021 , 13:00
Vüqar Səfərli məhkəməyə müraciət etdi: iş icraata verilib
23 yanvar 2021 , 12:43DİN-dən sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq: ALDANMAYIN!
23 yanvar 2021 , 12:33