
Rayon sakinindən odlu silah tapıldı - FOTO

Şəmkir sakinində silah aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon sakini, 43 yaşlı Ceyhun Ələkbərova məxsus rayon ərazisindəki evə baxış keçirilib. Oradan yataq otağındakı seyfin içərisindən atəşə yararlı “TK” modelli “Korovin” konstruksiyalı tapança və həmin tapançaya məxsus 2 patron aşkar edilərək götürülüb.
Silahın hər-hansı bir cinayətdə istifadə olunub-olunmaması öyrənilmək üçün ekspertizaya göndərilib.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 228-ci maddəsi (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
edsdsds.jpg)
Mehman Nəbiyev
Oxşar yazılar

Kənd sakini ot presləyən qurğuya düşdü
23 yanvar 2021 , 18:14
Xoruzlu kəndində çayxana icarədarı cəzalandırıldı
23 yanvar 2021 , 16:20
Mərkəz direktoru barəsində cinayət işi başlandı
23 yanvar 2021 , 15:11
Dəmir alətlə qadının başına vurub qətlə yetirdi - RƏSMİ
23 yanvar 2021 , 14:16
İki evdən 14 min manatlıq OĞURLUQ
23 yanvar 2021 , 13:40
Yeniyetmə özündən 40 yaş böyük qonşusunu BOĞARAQ ÖLDÜRDÜ
23 yanvar 2021 , 13:20
İstefa verən bələdiyyə sədrilə bağlı YENİ TƏYİNAT
23 yanvar 2021 , 13:00