Azərbaycan Premyer Liqasında X turun bir oyunu təxirə salınıb.
Apasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, bəzi futbolçular yenidən koronavirus testindən keçəcəyi üçün “Sabah” – “Səbail” matçı öncədən nəzərdə tutulduğu kimi, noyabrın 21-də baş tutmayacaq.
Qarşılaşmanın tarixi ilə bağlı PFL daha sonra əlavə məlumat verəcək.