525
17:04
20 Noyabr 2020

Koronavirus ABŞ-da bir sutkada 2 mindən çox adamı öldürüb

ABŞ-da son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 187 833 yoluxma halı qeydə alınıb, 2 015 nəfər vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Universitetin məlumatına əsasən, ABŞ indiyədək 11 718 867 nəfər koronavirusa yoluxub, xəstəlikdən ölənlərin sayı isə 252 mini ötüb.

Qeyd olunub ki, COVID-19-dan sağalanların sayı 4,4 milyondan çoxdur.

Dİgər xəbərlər