Türkiyənin tanınmış aktrisası Didem Balçı ana olmağa hazırlaşır.
Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, 38 yaşlı aktrisa bu barədə sosial şəbəkədəki səhifəsində bildirib: “Ana olmağa hazırlaşıram. İndi bunun fərqində deyiləm. Sağlıq və hüzurla gəl, mələk. Atan, mən və bir neçə adam sənin yolunu həyəcanla gözləyir. Allah bu duyğunu arzusunda olan hər kəsə qismət olsun. Dualarınızı əskik etməyin”.
Qeyd edək ki, aktrisa may ayında vəkil Can Aydınla ailə qurub.