Aldadıb 45 min manatlarını aldı
20 noyabr 2020 13:11 (UTC +04:00)

Aldadıb 45 min manatlarını aldı

Bakı və Abşeronda 5 nəfərə qarşı külli miqdarda dələduzluq edilib.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində cari ilin fevral ayından oktyabr ayınadək olan müddətdə 4 Bakı və 1 Abşeron rayon sakinini aldadaraq onlardan ümumilikdə 45000 manat pul almaqda şübhəli bilinən paytaxt sakini Ç.Əliyev saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1534

Oxşar yazılar