Ağdam şəhərinə komendant təyin olundu
20 noyabr 2020 12:27 (UTC +04:00)

Ağdam şəhərinə komendant təyin olundu

Ağdam şəhərinə komendant və müavinlər təyin edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanına uyğun olaraq Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Ağdam Rayon Polis Şöbəsinin rəisi və müavinləri şəhər üzrə komendant və müavinləri təyin edilib.

Qeyd olunub ki, hazırda Ağdam Rayon Polis Şöbəsinin Ağdam şəhərinə köçürülməsi  istiqamətdə işlər aparılır. Ağdam Rayon Polis Şöbəsi əməkdaşları və Daxili Qoşunların yüksək rütbəli hərbçilərindən ibarət şəxsi heyəti Ağdamda komendant rejimində fəaliyyətlərini davam etdirəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2236

Oxşar yazılar