894
12:05
20 Noyabr 2020

İlham Əliyevdən Ağdamın işğaldan azad olunması münasibətilə TƏBRİK

Prezident İlham Əliyev Azərbaycan xalqını Ağdam rayonunun işğaldan azad olunması münasibətilə təbrik edib.

APA-nın məlumatına görə, bu barədə dövlət başçısı bu gün xalqa müraciətində bildirib.

“Əziz həmvətənlər! Mən sizi Ağdam rayonunun işğaldan azad olunması münasibəti ilə ürəkdən təbrik edirəm. Bütün ağdamlıları ürəkdən təbrik edirəm. Əziz ağdamlılar, siz artıq qaçqın deyilsiniz. Siz doğma dədə-baba torpaqlarınıza qayıdacaqsınız”, - Prezident vurğulayıb.

Dİgər xəbərlər