İki rayonda yaşayış yerini tərk edən koronavirus xəstələri saxlanıldı
19 noyabr 2020 13:17 (UTC +04:00)

İki rayonda yaşayış yerini tərk edən koronavirus xəstələri saxlanıldı

Qusar rayon Polis Şöbəsinin əməkdaşları  COVID-19 virusuna yoluxan 1 nəfərin yaşayış yerini tərk etdiyini müəyyənləşdirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, noyabrın 18-də rayonun Balaqusar kənd sakini, koronavirus infeksiyasına yoluxan və yaşadığı evi tərk etmiş T.Musayev saxlanılıb. Müəyyən edilib ki, T.Musayevin koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə ona ev şəraitində müalicə təyin olunub, yaşayış yerini tərk etməməsi, qaydalara riayət etməsi tapşırılıb. Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və digər insanlar üçün real təhlükə yaradıb.

Polis əməkdaşları əraziyə həkim briqadası dəvət edib və həmin şəxs Təcili Tibbi Yardım avtomobili ilə koronavirusa yolumuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdirilib.

Noyabrın 18-də Quba rayonunun Vladimirovka kənd sakini, koronavirus infeksiyasına yoluxmuş və yaşadığı evi tərk edən İ.Mürsəlov da polis əməkdaşları tərəfindən saxlanılıb. Müəyyən edilib ki, İ.Mürsəlovun koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə ona ev şəraitində müalicə təyin olunub, yaşayış yerini tərk etməməsi, qaydalara riayət etməsi tapşırılıb. Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və digər insanlar üçün real təhlükə yaradıb. 

Polis əməkdaşları əraziyə həkim briqadası dəvət edib və həmin şəxs Təcili Tibbi Yardım avtomobili ilə koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdirilib.

# 1471
avatar

Mehman Nəbiyev

Oxşar yazılar