Rusiyada son sutkada koronavirusdan 463 nəfər ölüb
19 noyabr 2020 12:04 (UTC +04:00)

Rusiyada son sutkada koronavirusdan 463 nəfər ölüb

Rusiyada son sutka ərzində daha 23 610 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 2 015 608 nəfərə çatıb.

Son sutka ərzində 463 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 34 850 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1184

Oxşar yazılar