617
16:59
18 Noyabr 2020

Serxio Ramos "Real"da qalacaq

İspaniyanın “Real” klubunun kapitanı Serxio Ramosun taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, 34 yaşlı müdafiəçi madridlilərlə uzun sürən danışıqların yekununda ortaq məxrəcə gəlib.

PSJ-dən sərfəli təklif alan İspaniya millisinin üzvü “kral klubu”nun 2 illik yeni müqavilə təklifini müsbət cavablandırıb. İndi yalnız bəzi kiçik maliyyə məsələlərinin həlli qalıb. Bu ilin sonuna qədər münasibətlərin rəsmiləşməsi gözlənilir.

Qeyd edək ki, Serxio Ramos 2005-ci ildən “Real”ın formasını geyinir.

Dİgər xəbərlər