Rusiyada evdə yanğın nəticəsində 5-i uşaq olmaqla 6 nəfər öldü
18 noyabr 2020 06:16 (UTC +04:00)

Rusiyada evdə yanğın nəticəsində 5-i uşaq olmaqla 6 nəfər öldü

Rusiyanın Krasnoyarsk bölgəsində fərdi yaşayış evində baş verən yanğın nəticəsində 6 nəfər ölüb, onlardan 5-i uşaq olub. 

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Təcili Yardım Xidməti məlumat yayıb. 

Bildirilib ki, hadisə Uyar şəhəri, Surikov küçəsi 6 ünvanında baş verib.  

Fövqəladə Hallar Nazirliyi faktı təsdiqləyib. Qeud edilib ki, yanğın 15 kvadratmetr sahəni əhatə edib. 

Yanğının söndürülməsinə 23 canlı qüvvə və 7 texnika cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9917

Oxşar yazılar