116
16:56
17 Noyabr 2020

"Dərs vaxtı" izləyicilərinin NƏZƏRİNƏ

Teledərslərə ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/user/tehsilgovaz/videos) kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən də izləyə bilərlər.

Nazirlikdən Lent.az -a verilən məlumata görə, dərslər hər günün cədvəlinə uyğun olaraq, mütəmadi qaydada "Dərs vaxtı"nın "Facebook" səhifəsində paylaşılır.

Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.

Qeyd edək ki, "Dərs vaxtı" həftəiçi 5 gün "Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanır.

Dİgər xəbərlər