74
13:42
17 Noyabr 2020

"Erməni xalqı da belə yaşayacaq" - Prezident

“Çoxmillətli, çoxkonfessiyalı, mütərəqqi Azərbaycan dövləti var. Bütün Azərbaycan vətəndaşları, bütün xalqların, dinlərin nümayəndələri normal yaşayırlar. Mehribanlıq, sülh şəraitində yaşayırlar. Erməni xalqı da belə yaşayacaq. Bizim erməni xalqı ilə işimiz yoxdur. Mən bu 44 gün ərzində çoxsaylı müsahibələrimdə demişəm, onlar bizim vətəndaşlarımızdır. Və onlar görəcəklər ki, Azərbaycan rəhbərliyi altında onlar yaxşı yaşayacaqlar”.

APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev Füzuli şəhərində çıxışı zamanı bildirib.

Dövlət başçısı deyib ki, onlar kriminal, qorxaq, xunta rejimindən öz yaxasını qurtarmalıdır: “Dağlıq Qarabağda separatçı rəhbərlər qorxaqdırlar. Onların qorxaqlığını orda yaşayan ermənilər görüblər. Ermənistanda yaşayan ermənilər görüblər. Nə qədər adam fərarilik edib. Onların xunta başçısı bunkerdə gizlənmişdi, burnunu belə bayıra çıxara bilmirdi. Bəs hanı sənin hünərin, cəsarətin?”

Dİgər xəbərlər