Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı AÇIQLANDI
17 noyabr 2020 13:32 (UTC +04:00)

Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı AÇIQLANDI

Bu ilin yanvar-sentyabr ayları ərzində daimi yaşamaq üçün Azərbaycana 1 241 nəfər gəlib.

Dövlət Statistika Komitəsindən Lent.az-a verilən məlumata görə, sözügedən rəqəm Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən qeydə alınıb. Bildirilib ki, Azərbaycandan isə 461 nəfər gedən qeydə alınıb.

Miqrasiya saldosu isə müsbət 780 nəfər təşkil edib.

# 757
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar