130
14:41
16 Noyabr 2020

Koronavirusla qripi necə fərqləndirək? - "90 gündə ..."

“Bir çoxları qriplə yeni növ koronavirus infeksiyasını (COVID-19) heç cür fərqləndirməyin mümkün olmadığını, hətta buna görə qrip peyvəndi tətbiq edilməsini və ya xəstələnən kimi test verməyin lazımlı olduğunu bildirərək, elmə əsaslanmayan fikirlər irəli sürürlər”.

Bu sözləri Lent.az -a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib. O bildirib ki, bununla bağlı çətinlik bir çox simptomların həm adi qripdə, həm də COVID-19 virusunda eynilik təşkil etməsidir:

“Amma elm bizə iki vacib əlamətlə böyük ehtimalla koronavirusa yoluxmanın olduğunu deyir. Bunlar anidən kəskin şəkildə qoxunun və dad bilmənin itməsidir. Ancaq bu o demək deyil ki, bütün virusa yoluxanlar bu əlamətləri mütləq keçirməlidirlər. Sadəcə, bu hallar baş verərsə, həmin insanlar tez bir zamanda özlərini karantinə alıb insanlarla bütün ünsiyyətləri kəsməlidirlər”.

N.Abdullayev bildirib ki, adi qripdə olan burun axması koronavirusun ilkin mərhələsinə xas olan spesifik əlamət deyil:

“Hər kəsin bildiyi kimi, virusun yayılmasında ən narahat doğurucu məqam məhz virusu çox yüngül əlamətlərlə və ya gizli keçirdənlərdir. Onlar virusun yayılmasında ciddi rol oynayırlar. Bəzən həmin insanlar virusu yüngül keçirtdikləri üçün digərlərinə də qorxmamağı və adi qrip kimi keçdiyini bildirirlər. Amma buradan mən onlara səslənib bildirmək istəyirəm ki, COVID-19-a yoluxduqdan sonra 90 gün ərzində müəyyən qalıcı əlamətlər olur. Bunlar da müəyyən formada orqanizmin zəifləməsinə gətirib çıxarrır. Hətta ürəkdə də müəyyən qalıcı izlərin olduğu barədə də elmi tədqiqatlar var. Odur ki, hər kəs virusa yoluxub yüngül keçirtməyi deyil, virusa heç yoluxmamağı düşünməlidir”.

Dİgər xəbərlər