İstirahət günləri yollarda 4 nəfər ölüb
16 noyabr 2020 12:59 (UTC +04:00)

İstirahət günləri yollarda 4 nəfər ölüb

Respublikanın daxili işlər orqanları istirahət günlərində törədilmiş 32 cinayətin üstünü “isti izlər”lə açıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 29 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş verən 4 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər ölüb, 2 nəfər xəsarət alıb.   

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 742

Oxşar yazılar