Şuşa icra başçısının rəis oğlu işdən çıxarıldı
16 noyabr 2020 12:46 (UTC +04:00)

Şuşa icra başçısının rəis oğlu işdən çıxarıldı

Daxili İşlər orqanlarında növbəti kadr dəyişikliyi olub.

Lent.az-ın məlumatına görə, Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytnantı  Xəlil Səfərov işdən çıxarılaraq sərəncama göndərilib. Onun yerinə isə Xəzər rayon Polis İdarəsinin rəisi, polis mayoru Məşhur Hüseynov təyin olunub.

Xatırladaq ki, Xəlil Səfərov Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun oğludur.

Məlumat DİN mətbuat xidməti tərəfindən Lent.az-a təsdiqlənib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1554

Oxşar yazılar