Bu, haqqı ödənilməz Ordunun qəhrəman Komandanının haqqıdır!
14 noyabr 2020 18:16 (UTC +04:00)

Bu, haqqı ödənilməz Ordunun qəhrəman Komandanının haqqıdır!

44 günlük Vətən savaşında qəhrəman əsgər, gizir və zabitlərimiz dillərdə dastana çevrilən möhtəşəm tarix yazdılar. Qanları və canlarıyla torpaqlarımızı murdar düşmənin əsirliyindən azad etdilər. Əski parçalarını tapdalayıb üç rəngli bayrağımızı yenidən kənd və şəhərlərimizdə ucaltdılar. Onların bu misilsiz igidliyini şübhəsiz ki, dövlətimiz müvafiq təltiflərlə yüksək səviyyədə qiymətləndirəcək. Şəhidlərimizi və qazilərimizi əbədi olaraq yaddaşımıza həkk edib onları heç zaman unutmayacağıq.

Bu möhtəşəm qələbəni bizə qazandıran, milli qürurumuzu dirçəldən, qədd-qamətimizi dikəldən, soyuq müharibənin bitməsindən sonra yaranan dondurulmuş münaqişələrin tarixində ilk dəfə olaraq problemi ölkənin ərazi bütövlüyü prinsipi çərçivəsində həll edən müstəsna bir Qəhrəman da var: Bütün beynəlxalq aləmin heyrətlə izlədiyi, xəyalları gerçəyə çevirən bu Şəxsiyyət İlham Heydər oğlu Əliyevdir! 

İlham Əliyev bir cəbhədə yox, bütün müstəvilərdə, özü də vermədən döyüşdü. Ali Baş Komandan bu müqəddəs missiyanın icrasına 27 sentyabrdan yox, 2003-cü ilin 15 oktyabrından etibarən başlamışdı! 

Cənab Prezidentin bu nəhəng xidmətini, 1747-ci ildə Nadir şah Əfşarın namərdcəsinə öldürülməsindən sonra ilk dəfə olaraq düşməni darmadağın edərək itirilmiş torpaqlarımızın işğaldan azad olunması əməliyyatına yüksək cəsurluq və peşəkarlıqla rəhbərlik etməsini xalqımızın və dövlətimizin hansı ali məqam və təltiflərlə dəyərləndirəcəyini indi tam dəqiq bilmirəm. Amma hesab edirəm ki, bütün digər təltiflərlə yanaşı Cənab Ali Baş Komandan İlham Əliyevə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı da verilməlidir. Əminəm ki, bizim müasiri və iştirakçısı olduğumuz ikinci Qarabağ savaşının əhəmiyyətini tarix daha dəqiq şəkildə qiymətləndirəcək. Amma xalq olaraq bizim də üzərimizdə tarixi bu gün olduğu kimi yazmaq, baş verənləri layiqincə qiymətləndirmək və haqqı olanların haqqını vermək kimi mənəvi öhdəliyimiz var. Bu, haqqı ödənilməz Ordunun qəhrəman Komandanının haqqıdır!

Elməddin Behbud

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2155

Oxşar yazılar