62
11:31
13 Noyabr 2020

İrəvandakı iğtişaşlar: Bu, erməni dövlətçiliyinin qeyri-sabitliyinə dəlalət edir

Ermənistanın baş naziri Nikol Paşinyan artıq qurduğu diktatura rejiminin demokratikliyinə dair imitasiya imkanlarını da itirib, ölkəsini fəlakətə məhkum etmiş bir şəxs kimi onu ittiham edən bütün müxalifət nümayəndələrini həbsə atdırır, onlara təzyiqlər və təhdidlər edilir.

Qərb dairələri uzun müddət 2018-ci ilin mayında Ermənistanda baş vermiş dövlət çevrilişini “demokratik inqilab”, hakimiyyəti ələ keçirmiş Nikol Paşinyanı “demokratik lider” kimi təqdim etməsinə baxmayaraq, Ermənistanda bu gün demokratiyanın işartıları belə qalmayıb, ölkə kriminal şəxslərin neofaşizm yuvasına çevrilib. İndiki dönəmdə Qərbin ikili standartlarına da bir daha şahidlik edirik. Söhbət ondan gedir ki əgər bu gün Ermənistanda baş verənlər Azərbaycanda olsaydı, indi Qərb ölkələrində bu barədə bəyanat verməyən heç bir insan hüquq təşkilatı qalmayacaqdı, Ermənistanda hamının gözü qarşısında müxalifətin əzilməsinə və sıradan çıxarılması qəribə bir susqunluqla qarşılanır. Bu, haqlı olaraq sual yaradır: niyə? Bu ikili standartlar niyədir və bu ədalətsizlik, selektiv münasibət nə vaxtacan davam edəcək?! Ölkəsinin ərazi bütövlüyünü bərpa etmək,

Ermənistandan işğal etdiyi torpaqları geri qaytarmağı tələb etdiyi üçün illərdir Azərbaycan Prezidentinə qarşı xarici mediada hədyanlar yazanlar, bunu sifariş edənlərin əsl kimlikləri, simaları bu gün ortadadır, onlar işğalçı Ermənistanın xilası üçün açıq şəkildə, heç bir utanc hissi duymadan hər şey edirlər, Bərdə, Gəncə və digər Azərbaycan şəhərlərində mülki insanlara qarşı Ermənistanın müharibə cinayətlərindən bəhs etmək əvəzinə Azərbaycana və onun liderinə qarşı uydurmalarını davam etdirirlər.

Bu gün bir sıra Qərb ölkələrinin, o cümlədən Fransanın, Kanadanın Ermənistana dəstək bəyanatları bu ölkələrin hakim dairələrinin həqiqi simalarını və mahiyyətini aydın əks etdirir. Heç kim unutmayıb ki, Paşinyanın hakimiyyətinin hələ 7-ci ayında “demokratik ölkə”də siyasi məhbus Mger Yegiazaryan aclıq aksiyası keçirərək həbsxanada vəfat etdi. Qərb dairələri Paşinyan iqtidarının bu cinayətinə də göz yumdu. Hakimiyyətdə olduğu cəmi 2 il ərzində “korrupsiyaya qarşı mübarizə” adı altında siyasi rəqibləri ilə haqq-hesab çürütməyə başlayan, keçmiş prezidentlərdən birini həbs edən, digərinə qarşı cinayət işi qaldıran, aparıcı müalifət partiyasının sədri, deputat Sarukyanı bu gün də həbsdə saxlayan Paşinyanın bu davranışı yenə Qərb dairələrini “narahat etmədi. Paşinyan iqtidarı ölkə daxilində baş qaldıran narazılıq və xalq qəzəbini söndürmək üçün amansız repressiyalara başlayıb.

Müxalifət partiyalarının hökumətin fəaliyyəti ilə bağlı tənqidləri cəmiyyətə “milli xəyanət” kimi təqdim olunur. Ermənistanda Nikol Paşinyanın istefası tələbi ilə keçirilən kütləvi aksiyalarda 10 müxalifət lideri saxlanılıb. Müxalifətçilər hərbi vəziyyət zamanı mitinq təşkil etmək və dövlət sirrini açıqlamaqda təqsirləndirilir. Ermənistanda dövlət orqanlarının və vəzifəli şəxslərin hərəkətlərini (çıxışları, nəşrləri də daxil olmaqla) tənqid edən, təkzib edən, şübhə altına alan və ya başqa bir şəkildə dəyərdən salan məlumatların dərc edilməsi və yayımlanması qadağan edilib və belə tənqidə görə 1200 avro cərimə tətbiq edilir. Buna görə sosial şəbəkə istifadəçiləri və jurnalistlər açıq şəkildə hakimiyyətin özbaşınalığı və cinayətlərini tənqid edə bilmirlər.

“Bu gün regionda yaşanmış müharibə və dağıntılara görə, yalnız Paşinyan yox, onu hakimiyyətə gətirən, bütün cinayətlərinə göz yuman Qərb dairələri və təşkilatları da məsuliyyət daşıyırlar”. Lent.az -ın məlumatına görə, bunu rusiyalı tanınmış politoloq, beynəlxalq münaqişələr üzrə mütəxəssis Yevgeni Mixaylov İnfo24-ə açıqlamasında söyləyib. “Dağlıq Qarabağda döyüşlərin dayandırılmasına dair imzalanmış üçtərəfli müqavilədə status məsələsinin qoyulmadığı açıq-aydındır. Bu, heç bir müstəqillikdən söhbət getmədiyi və prinsipcə ikinci erməni ”dövləti"nin olmayacağı anlamına gəlir. İrəvan özünün ambisiyaları ucbatından sarsıdıcı bir məğlubiyyətə uğradı və özünə gəlmək üçün ona çox uzun zaman lazım olacaq, əgər ümumiyyətlə gələ biləcəksə. Ermənistanın bunu etiraf etməsi ağrılıdır və yəqin ki, uzun müddət tanınmayan ərazi və keçmiş separatçıların “hökuməti” ilə hansısa oyunlar oynanacaq. Lakin bu, artıq perspektivsiz məşğuliyyətdir", - analitik qeyd edib.

Onun sözlərinə görə, müqavilənin imzalanmasından sonra İrəvanda başlayan iğtişaşlar Ermənistan dövlətçiliyinin qeyri-sabitliyinə dəlalət edir. “Bu, ilk növbədə demokratiyadan deyil, kütlələrə və siyasi partiyalara - xüsusən millətçi-faşistlərə - həddən artıq sərbəstliyin verildiyi ölkədə idarəetmə qabiliyyətinin olmamasından xəbər verir. Əhalinin Paşinyanı didib parçalamaq istəyi anlaşılandır: o, öz xalqına rusofobiya qarşılığında Qərbdən dadlı çərəzlər də daxil olmaqla, fərqli bir tale vəd etsə də, ölkəsini yoxsulluğa və iflasa məhkum elədi. Ölən minlərlə gənc Paşinyanın bacarıqsız rəhbərliyinin bədəlidir. İrəvanın öz strateji tərəfdaşına xəyanət etməsi faciəli nəticələr verdi. Amma yenə də münasibətlərin soyumasına baxmayaraq, Ermənistanı tam çöküşdən xilas edən Moskva oldu”, - politoloq əlavə edib.

Dİgər xəbərlər