772
18:35
12 Noyabr 2020

Pilotsuz dron taksilərin İLK SINAĞI

Koreya Respublikasının paytaxtı Seulda pilotsuz hava taksisinin sınaqları keçirilib.

Lent.az xəbər verir ki, bu barədə ölkənin Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Yerli hökumət tərəfindən Seulun qərbində Yıydo adasında 6 pilotsuz taksinin sınaqları həyata keçirilib. Bu, dünyada ölkə tərəfindən əhalinin sıx yaşadığı şəhərdə pilotsuz dron taksi xidmətinin test edildiyi ilk hadisədir.

Əvvəllər analoji sınaqlar Seulun qərbindəki İnçhon və paytaxtdan 200 km şərqdə yerləşən Yonqvol eksperimental meydançalarında baş tutub.

Nümayişdə istifadə olunan altı “EH216” pilotsuz uçuş aparatı Çinin “Ehang.В” pilotsuz aerotaksilərin istehsalı üzrə şirkəti tərəfindən ərsəyə gətirilib. İki nəfər sərnişin tutumuna malik taksilərin çəkisi 650 kq təşkil edir.

Məlumata görə, pilotsuz uçan aparatların idarəetmə və koordinasiyası Cənubi Koreya mühəndislərinin yaratdığı “K-drone” adlı sistem tərəfindən həyata keçirilir. Hazırda sistem havada eyni anda bir neçə aparatın təhlükəsiz mövcudluğunu təmin edir. Gələcəkdə onun imkanlarının genişləndiriləcəyi gözlənilir.

Nazirliyin məlumatında qeyd olunur ki, pilotsuz hava taksilərinin testi Cənubi Koreyanın bir neçə ildən sonra hər yerdə istifadə ediləcək şəhər hava nəqliyyatı sahəsində texnologiyalarını nümayiş etdirmək məqsədi daşıyır. Dron taksilərin inkişaf proqramı Koreya Respublikasının şəhər hava mobilliyi üçün həllərin hazırlanması (UAM) üzrə planlara daxildir. Hava taksilərinin kommersiya istifadəsinə 2025-ci ildə başlamaq planlaşdırılır. Bununla yerli hökumət yerüstü nəqliyyat yükünü azaltmaq niyyətindədir. / “ictnews”

Dİgər xəbərlər