119
12:52
12 Noyabr 2020

Şuşa Polis Şöbəsi Şuşa şəhərinə köçürüldü, komendant təyin olundu

Şuşa Polis Şöbəsi Şuşa şəhərinə köçürülüb.

Lent.az -ın məlumatına görə, şöbə əməkdaşları artıq işğaldan azad edilən Şuşa şəhərindədir. Şuşa şəhər Polis Şöbəsinin rəisi şəhər üzrə komendant təyin olunub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Lent.az -a bildirib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanı”na uyğun olaraq daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə işğaldan azad edilən rayonlara polis şöbələri köçürülür:” Şuşa şəhər Polis Şöbəsinin rəisi şəhər üzrə komendant təyin olunub”.

E. Zahidov onu da bildirib ki, Azərbaycanın inzibati ərazi bölgüsünə müvafiq olaraq, polis şöbələri müvəqqəti komendantlıqlar kimi hər rayon üzrə xüsusi idarəetməni həyata keçirəcəklər.

Şuşa şəhəri noyabrın 8-də erməni işğalından azad edilib.

Dİgər xəbərlər