"Nissan" "KamAZ"a çırpıldı, ölən var
12 noyabr 2020 12:39 (UTC +04:00)

"Nissan" "KamAZ"a çırpıldı, ölən var

Noyabrın 11-də saat 12 radələrində Ucar rayonunun Müsüslü kəndi ərazisində Bakı şəhər sakini M.Muxtarov idarə etdiyi “Nissan” markalı avtomobili yolun kənarındakı maneəyə vurduqdan sonra Qəzyan kənd sakini N.İsayevin idarə etdiyi “KamAZ” markalı avtomobilə çırpılıb.

Lent.az DİN mətbuat xidmətinə istinadən bildirir ki, nəticədə xəsarət alan sərnişinlər - Bakı şəhər sakini P.Mustafayev və Lənkəran rayon sakini Rəşad Həsənov xəstəxanaya yerləşdirilib, R.Həsənov orada ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 941

Oxşar yazılar