105
17:30
10 Noyabr 2020

"Windows"un köhnə versiyaları icbari qaydada yenilənəcək

“Microsoft” şirkəti “Windows” əməliyyat sisteminin (ƏS) köhnə versiyalarının qlobal yeniləməsini elan edib.

“APA-Economics”in məlumatına görə, bu barədə şirkətin açıqlamasında deyilir.

Qeyd olunur ki, əməliyyat sisteminin “1903” nömrəli yeniləməsinin dəstək müddəti bu il dekabrın 8-də bitəcək ki, bununla da şirkət əməliyyat sistemlərinin yeni versiyalara keçid prosesinə başlayacaq.

Yaxın həftələrdə şirkət milyonlarla istifadəçinin köhnə əməliyyat sistemlərini icbari qaydada yenilənməsinə start verəcək.

“1903” nömrəli versiya istifadəçiləri “2004” və ya “20H2” versiyalarına miqrasiya ediləcək. Mövcud “Windows”u dəstəkləməyən kompüterlər isə “1909” nömrəli versiyayadək yeniləmələr alacaq. Lakin “1909” yeniləməsinin dəstəyi 2021-ci ilin may ayının sonunda başa çatacaq. Bu səbəbdən bir çox istifadəçi kompüterlərinin yenilənməsi barədə düşünməli olacaq.

İcbari tədbirlərə baxmayaraq, istifadəçi kompüterlərinin yenilənməsi bir neçə mərhələdə olacaq.

Qeyd edək ki, “1903” saylı əməliyyat sisteminin dəstəkləmə müddətinin bitməsi yalnız fərdi və peşəkar kompüterləri əhatə edəcək. Təhsil müəssisələri (“Education”) və şirkətlər (“Enterprise”) üçün nəzərdə tutulan ƏS gəldikdə, onların yeniləmə prosesi 1 və ya 2 il müddətinə uzadılacaq.

Dİgər xəbərlər