91
15:57
10 Noyabr 2020

8 min il əvvəl yaşamış uşaq məzarı tapıldı

İndoneziyada 8 min il əvvəl yaşamış uşaq məzarı aşkarlanıb.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkənin Alor adasındakı Makpan mağarasında arxeoloqlar tərəfindən tapılan məzarın 4-8 yaşlarında olan bir uşağa aid olduğu ehtimal olunur. Məzardakı uşağın yanaqları o dövrün cənazə ənənələrinə uyğun olaraq qırmızı boya ilə boyanmış vəziyyətdə aşkarlanıb.

Arxeoloqlar məzarın o dövr haqqında bir çox məlumatlar verəcəyini düşünür.

Dİgər xəbərlər