Rusiyada son sutkada koronavirusdan 286 nəfər ölüb
08 noyabr 2020 12:02 (UTC +04:00)

Rusiyada son sutkada koronavirusdan 286 nəfər ölüb

Rusiyada son sutka ərzində daha 20 498 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 775 334 nəfərə çatıb.

Son sutka ərzində 286 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 30 537 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1054

Oxşar yazılar