62
10:31
06 Noyabr 2020

6 yaşlı Sadiq şəhid dayısının qisasını belə aldı - FOTO

Masallı rayonunun Kosakül kəndində yaşayan 6 yaşlı Sadiq Səfərov ad günündə ona verilən pulları Azərbaycan Silahlı Qüvvələrinə yardım fonduna köçürüb.

Torpaqlarımızı işğaldan azad edən hərbçilərimizə hər kəs arxa cəbhədə dayaq, kömək olmağa çalışır. Bu da təbii ki, xalq-ordu birliyinin təzahürüdür. Xalqımız bir yumruq kimi birləşib. Böyükdən-kiçiyə hər kəsin arzusu Qarabağımızın düşmən işğalından azad edilməsidir. Azyaşlı Sadiq də ordumuza kömək olmağa çalışıb.

Lent.az xəbər verir ki, ailənin sevimlisi olan Sadiq yaxınlarından ad günündə ona hədiyyələr deyil, pul verilməsini istəyib. Ad günündə yığılan pulu kassasındakılarla birləşdirən balaca qəhrəmanımız, əldə etdiyi 171 manatı Silahlı Qüvvələrin Müdafiə Fonduna köçürüb.

Sadiq Səfərov şəhid mayor Anar Novruzovun bacısı nəvəsidir. Pulu köçürməkdə məqsədi əsgərlərimizin dayısının intiqamını alması arzusudur.

Dİgər xəbərlər