“Qarabağ”dan “Adidas”la əməkdaşlığa son qoyulmasına AÇIQLAMA
05 noyabr 2020 13:16 (UTC +04:00)

“Qarabağ”dan “Adidas”la əməkdaşlığa son qoyulmasına AÇIQLAMA

“Qarabağ” klubu “Adidas” firması ilə əməkdaşlığa son qoyulmasına dair yayılan söz-söhbətlərə aydınlıq gətirib.

Apasport.az xəbər verir ki, Ağdam təmsilçisi rəsmi saytı vasitəsilə məlumatı təkzib edib.

Bildirilib ki, Azərbaycan çempionunun geyim tərəfdaşı olan “Adidas”ın əməkdaşlığa son qoymaqla bağlı qərar qəbul etməsi həqiqəti əks etdirmir. Klubun direktoru Əmrah Çəlikəl də əməkdaşımızla söhbətində bunun şayiədən başqa bir şey olmadığını söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1238

Oxşar yazılar