56
18:53
04 Noyabr 2020

Trampın tərəfdarları Ağ Evin yaxınlığında bıçaqlandı

Ağ Evin yaxınlığında ABŞ Prezidenti Donald Trampın tərəfdarları bıçaqlanıb.

APA-nın "NBC Washington"a istinadən verdiyi xəbərə görə, Ağ Evin yaxınlığında 1 qadın və 3 kişiyə bıçaqla xəsarət yetirilib.

Polisdən bildirilib ki, xəsarət alan şəxslər D. Trampı dəstəkləyən "Proud Boys" sağçı qrupunun üzvləridir.

Zərərçəkənlər şübhəlilərin "Black Lives Matter" etiraz hərəkatının üzvləri olduğunu iddia edib.

Dİgər xəbərlər