Demokratlar partiyasının nümayəndəsi Sara Makbrayd ABŞ tarixində Senatda yer alan ilk transseksual olacaq.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, Makbrayd Delaver ştatını təmsil edəcək. O, and içdikdən sonra ölkədəki ən yüksək səviyyəli transseksual şəxs olacaq.
Qələbədən sonra demokratların nümayəndəsi, yaşadığı ərazinin sakinlərinə "inanılmaz dərəcədə minnətdar olduğunu" söyləyib.
O eyni zamanda seçkinin nəticələrinin “bu dünyanın standartlarına sığmaqda çətinlik çəkən gənclərə bir siqnal verəcəyinə” və Amerika demokratiyasında hər kəs üçün bir yer olduğunu və səslərinin vacib olduğunu göstərəcəyinə ümid etdiyini söyləyib.
Makbrayd ABŞ-ın 44-cü prezidenti Barak Obamanın administrasiyasında stajyer olaraq çalışıb. “Human Rights Campaign” fondunda mətbuat katibi vəzifəsini də icra edib.