"Xocavənddə ordumuza məxsus tanklar vurulmayıb" - RƏSMİ
04 noyabr 2020 13:48 (UTC +04:00)

"Xocavənddə ordumuza məxsus tanklar vurulmayıb" - RƏSMİ

“Ermənistan tərəfi yenə yalan danışır”.

Lent.az xəbər verir ki, bu sözlər Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub. Məlumatda bildirilir ki, cəbhənin cənub sahəsində Azərbaycan Ordusunun guya 3 tankının vurulması barədə Ermənistan tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil və tamamilə yalandır:

"Cəbhənin Xocavənd istiqamətində Azərbaycan Ordusu düşmən üzərində taktiki, atəş və ərazi üstünlüyünə malikdir. Düşmən ordusu mənəvi və psixoloji baxımdan əzilmiş vəziyyətdə olduğu üçün qarşı tərəf mediada bu cür əsassız xəbərlər yaymaq məcburiyyətindədir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1192

Oxşar yazılar