85
12:03
04 Noyabr 2020

İzmirdə xilasetmə işləri başa çatdı - 114 NƏFƏR ÖLƏN VAR

Türkiyənin İzmir şəhərində baş verən zəlzələdən sonra başlayan axtarış-xilasetmə işləri başa çatıb.

Lent.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) rəhbəri Mehmed Güllüoğlu açıqlama verib: “Axtarış və xilasetmə işləri başa çatıb. Əməyi olan hər heyətə, könüllülərə təşəkkür edirik. Digər məsələlərlə bağlı işlər intensiv davam edir”.

Agentliyin açıqlamasına görə, oktyabrın 30-da İzmirin Səfərhisar hissəsində baş verən zəlzələdə 114 nəfər dünyasını dəyişib.

Dağılan 17 binada axtarış-xilasetmə işləri həyata keçirilib.

Dİgər xəbərlər