PSJ-nin Çempionlar liqası oyunu ərəfəsi itkiləri
03 noyabr 2020 16:00 (UTC +04:00)

PSJ-nin Çempionlar liqası oyunu ərəfəsi itkiləri

 

Fransanın PSJ klubunun 5 futbolçusu Çempionlar liqası qrup mərhələsinin üçüncü turunda “Leypsiq”ə qarşı oyunda iştirak edə bilməyəcək. 

Lent.az xarici KİV-ə istinadla bildirir ki, klubun mətbuat xidmətindən verilən məlumata görə, fransalı hücumçu Kilian Mbappe zədə səbəbindən meydana çıxa bilməyəcək.  

Braziliyalı Neymar, italiyalı Marko Berratti, alman Yulian Draksler və argentinalı Mauro İkardi PSJ-yə yalnız milli younlardan sonra kömək edə biləcəklər.
 
PSJ-“Leypsiq” oyunu noyabrın 4-də keçiriləcək. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1187

Oxşar yazılar