Düşmənin cəbhənin bəzi sahələrində mövqelərini irəli çəkməsi iddiası yalandır - RƏSMİ
02 noyabr 2020 17:35 (UTC +04:00)

Düşmənin cəbhənin bəzi sahələrində mövqelərini irəli çəkməsi iddiası yalandır - RƏSMİ

Bu gün Ermənistan Müdafiə Nazirliyi rəsmilərinin cəbhənin müxtəlif istiqamətlərində gedən gərgin döyüşlər zamanı guya bəzi sahələrdə öz mövqelərini irəli çəkməsi, hətta Azərbaycan Ordusunun bir qrup hərbçisinin “məhv” edilməsi barədə yaydıqları xəbər tamamilə yalandır. 

Bu barədə Lent.az-a Müdafiə Nazirliyindən bildirilib. 

Qeyd olunub ki, buna bənzər məlumatlar erməni hərbçiləri arasında hökm sürən qorxu, təşviş və ruh düşkünlüyünü, ümumilikdə isə xaos və özbaşınalığı qismən də olsa aradan qaldırılmasına yönəlib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1295

Oxşar yazılar