İranda koronavirusdan daha 440 nəfər ölüb
02 noyabr 2020 16:16 (UTC +04:00)

İranda koronavirusdan daha 440 nəfər ölüb

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 440 nəfər ölüb.
APA-nın xəbərinə görə, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda indiyədək koronavirusdan ölənlərin ümumi sayı 35 738 nəfərə çatıb.

Son 24 saat ərzində 8 288 yeni yoluxma qeydə alınıb ki, bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 628 780 nəfərə yüksəlib, 491 247 nəfər xəstəlikdən sağalıb.

Hazırda virus daşıyıcısı olanlardan 5 315 nəfərin vəziyyəti ağır və ya orta ağırdır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1118

Oxşar yazılar