106
13:51
02 Noyabr 2020

Gürcüstan parlamentinə seçilən azərbaycanlı deputatların SAYI

Gürcüstanda 10-cu çağırış parlament seçkilərində 3 azərbaycanlı deputat mandatı qazanıb.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, hakim “Gürcü Arzusu” partiyasından olan Zaur Darğallı Marneuli-Qardabani seçki dairəsi üzrə majoritar qaydada, Savalan Mirzəyev isə proporsional qaydada (partiya siyahısı ilə) deputat mandatı əldə ediblər.

Digər namizəd Abdulla İsmayılov “Vahid Milli Hərəkat” partiyasının proporsional siyahısı üzrə deputat mandatı qazanıb.

Dİgər xəbərlər