Rusiyada son sutkada koronavirusdan 238 nəfər ölüb
02 noyabr 2020 12:01 (UTC +04:00)

Rusiyada son sutkada koronavirusdan 238 nəfər ölüb

Rusiyada son sutka ərzində daha 18 257 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 655 038 nəfərə çatıb.

Son sutka ərzində 238 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 28 473 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1202

Oxşar yazılar