53
04:02
03 Noyabr 2020

İzmirdə zəlzələdə ölənlərin sayı 98 nəfərə çatıb - YENİLƏNİB

İzmirdəki zəlzələ nəticəsində həyatını itirənlərin sayı 98 nəfərə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.

***

01:57

İzmirdəki zəlzələ nəticəsində həyatını itirənlərin sayı 95 nəfərə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.

Qeyd olunub ki, təbii fəlakət səbəbindən xəsarət alanların sayı 994 nəfər olub, onlardan 147-si xəstəxana şəraitində müalicə olunur, 847-si evə buraxılıb.

***

02 noyabr, 22:04

Türkiyənin İzmir şəhərindəki zəlzələdə həyatını itirənlərin sayı 92 nəfərə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.

Qeyd olunub ki, təbii fəlakət səbəbindən xəsarət alanların sayı 994 nəfər olub.

***

17:22

İzmirdə baş vermiş zəlzələdə ölənlərin sayı 91-ə çatıb.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat verib.

Məlumatda qeyd olunub ki, zəlzələ hadisəsindən sonra indiyə kimi 1286 yeraltı təkan qeydə alınıb.

***

15:16

İzmir zəlzələsində ölənlərin sayı 85 nəfər olub.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəlzələ olan ərazidə 7888 heyət, 25 xilasedici it fəaliyyət göstərir.

Dəyən ziyanın qiymətləndirilməsinin 10 gün içində başa çatması nəzərdə tutulub.

***

12:02

Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 83-ə şatıb.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Ətraf Mühit və Şəhərsalma üzrə naziri Murat Kurum məlumat verib.

O bildirib ki, 962 insan uçuqlar altından yaralı olaraq çıxarılıb. Nazir bildirib ki, 4-ü ağır olmaqla 9 nəfərin reanimasiyada müalicəsi davam edir.

M.Kurum qeyd edib ki, bu günə kimi 4 min 424 binada, 33 min 434 müstəqil hissədə ziyan dəyən yerlər müəyyənləşdirilib. 11 binada işlərin bitdiyi, 6 binada isə davam etdiyi əlavə olunub.

***

09:20

İzmirdə zəlzələdən ölənlərin sayı 79-a çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) məlumat verilib. Yaralı sayı isə 962 nəfərdir. Yaralananlardan 743 nəfər xəstəxanadan buraxılıb, 219 nəfərin isə müalicəsi davam edir.

İzmirdə 8 binada hələ də xilasetmə işləri aparılır.

Zəlzələ sonrası 1120 afterşok qeydə alınıb. Onlardan 43 afterşokun maqnitudası 4 baldan yuxarıdır.

***

07:14

İzmirdə zəlzələdən ölənlərin sayı 76 nəfərə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

AFAD-dan bildirilib ki, zəlzələdən xəsarət alanların 962 nəfərdən 743-ü evə buraxılıb, 219-u xəstəxana şəraitində müalicə olunur.

***

02:11

İzmirdə zəlzələdən ölənlərin sayı 73 nəfərə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) məlumat yayılıb.

AFAD-dan bildirilib ki, zəlzələdən xəsarət alanların 961 nəfərdən 743-ü evə buraxılıb, 218-i xəstəxana şəraitində müalicə olunur.

***

23:10

İzmirdəki zəlzələdən ölənlərin sayı 69 nəfərə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) məlumat yayılıb.

AFAD-dan bildirilib ki, zəlzələdən xəsarət alanların 949 nəfərdən 729 evə buraxılıb, 220-si xəstəxana şəraitində müalicə olunur.

***

21:27

Türkiyənin İzmir şəhərində zəlzələdən ölənlərin sayı 64 nəfərə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) məlumat yayılıb.

AFAD-dan bildirilib ki, zəlzələdən xəsarət alanların sayı 949-a çatıb.

Qeyd edək ki, AFAD Seferhisar rayonunda qeydə alınan 6,6 bal gücündə zəlzələdən sonra indiyədək Rixter cədvəli üzrə 975 afterşokun baş verdiyini yazıb.

Dİgər xəbərlər