İranda son sutkada 386 nəfər koronavirusdan ölüb
31 oktyabr 2020 14:30 (UTC +04:00)

İranda son sutkada 386 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 386 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 34864  nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində  7820 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 612772  nəfərə yüksəlib.

# 592
avatar

Aygün İbrahimli

Oxşar yazılar