79
17:11
29 Oktyabr 2020

Düşmən Goranboyun Tap kəndinə raket atıb, bir mülki şəxs həlak olub

Ermənistan Silahlı Qüvvələri Goranboy rayonunu raket atəşinə tutub.

Lent.az -ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də yazıb.

O bildirib ki, Goranboy rayonunun Tap kəndində daha bir mülki şəxs Ermənistan silahlı qüvvələri tərəfindən öldürülüb: "Raket onun evinin damına düşüb. Ermənistanın müharibə cinayətləri davam edir”.

Dİgər xəbərlər