"Ermənistan Azərbaycan ərazisinə 13 ballistik “Skad” raketləri atıb" - RƏSMİ
29 oktyabr 2020 15:33 (UTC +04:00)

"Ermənistan Azərbaycan ərazisinə 13 ballistik “Skad” raketləri atıb" - RƏSMİ

Sentyabrın 27-dən bu günə qədər Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinə 13 ədəd ballistik “Skad” raketləri atılıb.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov deyib.

Onun sözlərinə görə, həmin raketlərdən 2-si Gəncə, 1-i Mingəçevir, 1-i Qəbələ, 1-i Kürdəmir ərazisinə düşüb: “Bundan başqa Füzuli rayonu ərazisində 1 ədəd partlamamış Toçka-U raketi aşkarlanıb”.

# 820
avatar

Oxşar yazılar