95
15:43
27 Oktyabr 2020

XİN-dən “Euronews” əməkdaşlarını ermənilərin atəşə tutmasına MÜNASİBƏT

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) “Euronews”un çəkiliş qrupunun Ermənistan silahlı qüvvələrin tərəfindən atəşə tutulmasına münasibət bildirib.

APA-nın xəbərinə görə, XİN-in “Twitter” hesabında bildirilib ki, beynəlxalq humanitar hüquq jurnalistlərə qarşı hücumları qadağan edir.

Qeyd olunub ki, “Euronews”un çəkiliş qrupunun hücumuna məruz qalması mülki vətəndaşları və jurnalistləri hədəf alan Ermənistanın əsl üzünü bir daha göstərir: “Ermənistan beynəlxalq hüquqa dair öhdəliklərini kobud şəkildə pozaraq jurnalistlərə hücum edir!”.

Dİgər xəbərlər