Azərbaycan Ordusunun şəhid hərbçisi Dmitri Solnsev dəfn olundu - YENİLƏNİB
26 oktyabr 2020 14:12 (UTC +04:00)

Azərbaycan Ordusunun şəhid hərbçisi Dmitri Solnsev dəfn olundu - YENİLƏNİB

İşğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şəhid olmuş Azərbaycan Ordusunun hərbçisi Dmitri Solnsev dəfn olunub.

APA-nın məlumatına görə, hərbçimiz II Fəxri xiyabanda torpağa tapşırılıb.

 

***

12:19

İşğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şəhid olmuş Azərbaycan Ordusunun hərbçisi Dmitri Solnsevlə vida mərasimi davam edir.

APA-nın məlumatına görə, hərbçimizin cənazəsi Rus-Pravoslav kilsəsinə aparılıb. Kilsədə dini ayin keçirilib, dualar oxunub.

***

10.43

İşğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şəhid olmuş Azərbaycan Ordusunun hərbçisi Dmitri Solnsevlə vida mərasimi keçirilir.

APA-nın məlumatına görə, vida mərasimi şəhidin evinin önündə təşkil edilib.

# 1033
avatar

Oxşar yazılar