"Dağlıq Qarabağ ermənilərin öz ərazisi kimi tanına bilməz" - Rusiya XİN-in rəsmisi
23 oktyabr 2020 14:13 (UTC +04:00)

"Dağlıq Qarabağ ermənilərin öz ərazisi kimi tanına bilməz" - Rusiya XİN-in rəsmisi

“Hələ ki, münaqişə Dağlıq Qarabağ ərazisində gedir və Ermənistan ərazisinə keçməyib, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müdaxiləsindən danışmaq düzgün deyil”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın Xarici İşlər nazirinin müavini Aleksandr Pankin deyib.

“Ermənistandan rəsmi sorğu gəlməyib. KTMT üzv dövlətlərə müəyyən vəziyyətlərdə, nə vaxt ki, açıq-aydın təcavüz olanda kömək edir. Hələlik söhbət Dağlıq Qarabağdan gedir, hansı ki, həmin ermənilər tərəfindən ora öz əraziləri kimi tanınmayıb və yəqin ki, tanına da bilməz. KTMT-nin müdafiə potensialının müdaxiləsindən danışmaq düzgün deyil”, - rusiyalı nazir müavini vurğulayıb.

# 799
avatar

Oxşar yazılar