Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mobil rabitə xidmətlərinin bərpasına başlanıldı
23 oktyabr 2020 09:57 (UTC +04:00)

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mobil rabitə xidmətlərinin bərpasına başlanıldı

0

Azərbaycanın mobil rabitə operatoru "Azercell Telekom" ölkənin işğaldan azad olunmuş ərazilərində mobil rabitə xidmətlərinin təşkili məqsədilə LTE baza stansiyalarının quraşdırılmasına başlayıb.

Bunu "APA-Economics"ə şirkətin korporativ əlaqə şöbəsinin rəhbəri Nigar Şıxlinskayaya deyib.

Onun sözlərinə görə, artıq müxtəlif ərazilərdə bir neçə baza stansiyasının quraşdırılması başa çatdırılıb: "Məqsədimiz işğaldan azad olunan bütün əraziləri mobil rabitə xidmətləri ilə əhatə etməkdir", - deyə N. Şıxlinskayaya qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1235

Oxşar yazılar