Koronavirus peyvəndi həkimi öldürdü
22 oktyabr 2020 11:37 (UTC +04:00)

Koronavirus peyvəndi həkimi öldürdü

Oxford Universitetində koronavirusa qarşı hazırlanan peyvənd namizədinin Braziliyada keçirilən sınaqlarında iştirak edən könüllü həkim ölüb.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Braziliya Sağlamlığa Nəzarət Agentliyi məlumat yayıb. Bildirilib ki, Oxford Vaccine Group və Jenner İnstitutu ilə əməkdaşlıqda hazırlanan və İngilis-İsveç əczaçılıq şirkəti AstraZena tərəfindən satın alınan "ChAdOx1 nCoV-19" adlı peyvənd namizədinin Braziliyadakı sınaqlarında iştirak edən 28 yaşlı könüllü, həkim João Pedro Feitosa vəfat edib.

Peyvəndi hazırlayan institut həkimin ölüm səbəbinin hələ aydın olmadığını, araşdırmaların aparıldığını və "ChAdOx1 nCoV-19" adlı peyvəndin sınaqlarının davam edəcəyini açıqlayıb.

 

# 655
avatar

Aygün İbrahimli

Oxşar yazılar