148
12:50
20 Oktyabr 2020

"İşğaldan azad olunan torpaqlarda AMEA və digər təşkilatlarla araşdırmalar aparılacaq" - Nazir

Nazir: “İşğal olunan ərazilərimizdə “Qırmızı Kitab”a daxil edilmiş fauna və flora növlərinin əksəriyyəti məhv edilib”
Nazir: “İşğal olunan ərazilərimizdə “Qırmızı Kitab”a daxil edilmiş fauna və flora növlərinin əksəriyyəti məhv edilib”
Clock-gray
12:44
calendar-gray
20 Oktyabr 2020
A-
A+
“İşğal olunmuş ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitkisi bitir”.

APA-nın məlumatına görə, bunu "Bitki sağlamlığı və elmi tədqiqatlar" mövzusunda regional videokonfransda çıxışında Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib.

Onun sözlərinə görə, bunlardan 70-i dünyanın heç bir yerində təbii halda bitməyən bitkilərdir: “İşğal altında olan Dağlıq Qarabağ və ətraf rayonların florası barədə geniş məlumatlar yoxdur. Bunu nəzərə alaraq, həmin ərazilər tezliklə işğaldan azad olunandan sonra nadir və nəsli kəsilməkdə olan flora növlərinin araşdırılmasına başlanılacaq və bu məqsədlə Azərbaycan Respublikası “Qırmızı Kitabı”nın III nəşri hazırlanır. Biz işğaldan azad olunan torpaqlarda AMEA və digər təşkilatlarla böyük araşdırmaların aparılmasını nəzərdə tuturuq. Burada araşdırılması vacib olan digər sahə mineral resurslar, təbii ehtiyatlardır. Bunlar da uzun müddət araşdırmalardan kənar qalıb".

Dİgər xəbərlər