”Səninləyik Azərbaycan!” - Türkiyəli məşhurlardan Azərbaycana dəstək  - FOTO
19 oktyabr 2020 13:04 (UTC +04:00)

”Səninləyik Azərbaycan!” - Türkiyəli məşhurlardan Azərbaycana dəstək - FOTO

Cəbhədə gedən şiddətli döyüşlərdə və Gəncə terroru zamanı Azərbaycana fasiləsiz dəstək verən ölkələrdən biri də Türkiyədir.

Lent.az xəbər verir ki, Türkiyənin məşhur sənət adamları öz sosial şəbəkə hesablarında Azərbaycana dəstək mesajı paylaşıblar. Məşhurların “Twitter” hesablarında paylaşdıqları postlara izləyicilər dəstək şərhlər yazıb.

Azərbaycana dəstəyini ən çox nümayiş etdirənlərdən biri də türkiyəli aktyor Kənan İmirzalıoğludur.  

Aktyorun aparıcılığını etdiyi “Kim milyoner olmaq istər?” proqramının sonuncu buraxılışında iştirakçıya Qarabağla bağlı “Dövrümüzdə bir hissəsi Ermənistanın işğalı altında olan Azərbaycana aid tarixi və coğrafi bölgənin adı nədir?”,- sualı verilib. Sonda isə aparıcı “azərbaycanlı qardaşlarıma salam və sevgilərimi çatdırıram”, - deyə növbəti suala keçib.

Qeyd edək ki, sənətçinin bu dəstəyinə görə “Twitter” səhifəsi şikayət olunub. İzləyicilər onun paylaşımlarını bəyənərək şərhlər yazıb, aktyorun səhifəsinə dəstək olublar.

Lent.az məşhurların paylaşımlarının fotolarını təqdim edir:

 

 

# 1495
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar