Bakıda tikinti şirkətindən oğurluq edildi
19 oktyabr 2020 11:47 (UTC +04:00)

Bakıda tikinti şirkətindən oğurluq edildi

Bakıda oğurluq hadisəsi olub.

Lent.az DİN mətbuat xidmətinə istinadla xəbər verir ki, oktyabrın 15-də Yasamal rayonu ərazisindəki tikinti şirkətlərindən birinin həyətindən 1056 manat dəyərində elektrik naqili oğurlanıb.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Yevlax rayon sakini R.Abdullayev saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 968

Oxşar yazılar