11:36
16 Oktyabr 2020

“Biz daha çox lokal qapanmalara gedirik” - Yaqut Qarayeva

"Biz daha çox lokal qapanmalara gedirik”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təqkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Y. Qarayeva deyib ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrində də lokal qapanmaların tətbiqinin daha məqbul olduğu bildirilib: “Biz də bu tövsiyələrə uyğun olaraq addımlar atırıq. Ümid edirik ki, lokal qapanmalar sayəsində müsbət nəticə əldə edə biləcəyik”.

Y. Qarayeva bu məsələdə ictimai qınağın da əsas rolu olduğunu deyib: “İctimai qınaq olmalıdır ki, Ordumuzu, özümüzü xəstəlikdən qoruyaq”.

Dİgər xəbərlər